Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz. Mən də sizi qılınca qismət edəcəyəm, Hamınız qırılmaq üçün diz çökəcəksiniz. Çünki Mən çağıranda sizdən cavab almadım, Danışanda qulaq asmadınız. Gözümdə pis olanı etdiniz, Mənə məqbul olmayanı seçdiniz». Mən də onları çətinliyə düçar edəcəyəm, Qorxduqları bəlanı başlarına gətirəcəyəm. Çünki Mən çağıranda onlardan cavab almadım, Danışanda qulaq asmadılar, Gözümdə pis olanı etdilər, Mənə məqbul olmayanı seçdilər». Rəbb bəyan edir: “Siz bütün bu işləri gördünüz, dəfələrlə xəbərdarlıq etdiyim halda Mənə qulaq asmadınız, sizi çağırdığım halda cavab vermədiniz. ey Yəhuda padşahları, Yerusəlimdə yaşayanlar, Rəbbin sözünü eşidin, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax Mən bu yerin üzərinə elə bir bəla gətirəcəyəm ki, hər eşidənin qulağı cingildəyəcək. «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu şəhər barədə söylədiyim bütün fəlakətləri onun və ətrafında olan kəndlərin üzərinə gətirəcəyəm, çünki inadkarlıq edərək sözlərimə qulaq asmırlar”». Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək.
Выбор основного перевода