Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Bu adam kimi öyrədir? Kimə öyüd verir? Süddən kəsilmiş, ana döşündən ayrılmış körpə uşaqlaramı? Bu nədir? Əmr üstünə əmr, əmr üstünə əmr, Sətir üstünə sətir, sətir üstünə sətir, Bir az oradan, bir az buradan». Onda Rəbb bu xalqla Yadellilərin ağzı ilə, Başqa dildə danışacaq. O sizin hamınıza dedi: «Rahatlıq budur, Yorğunlara dinclik verin, budur istirahət». Amma onlar eşitmək istəmədilər. Ya Rəbb, gözlərin həqiqətə tərəf yönəlməyibmi? Sən onları vurdun, Ancaq ağrı hiss etmədilər. Sən onları qırdın, Ancaq ibrət götürmədilər. Üzləri qayadan bərk olub, Dönmək istəmədilər. Onlar Mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, Mənə qulaq asmadılar və dərs almadılar.
Выбор основного перевода