Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb bütün bəşəri odla, Qılıncı ilə mühakimə edəcək, Çoxlarını məhv edəcək. «Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub. Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir. Bütün millətləri yığıb Yehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü Orada millətləri mühakimə edəcəyəm, Çünki xalqımı millətlər arasında dağıtdılar, Torpağımı da böldülər. Buna görə Rəbb bəyan edir: «Şahid kimi qalxdığım Günə qədər Məni gözləyin. Çünki Mən millətləri yığmağı Padşahlıqları toplamağı qərara almışam. Qoy üzərlərinə qeyzimi, qızğın qəzəbimi töküm. Çünki qısqanc qəzəbimin odu ilə bütün yer üzü tələf olacaq. Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq.
Выбор основного перевода