Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular. Buna görə Yazer ağlaşması ilə Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elale, Çünki yay meyvələrinizin və biçininizin üzərinə Döyüş nərəsi düşdü. Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim. Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq. Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur.
Выбор основного перевода