Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir. Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq». Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm. Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək. Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam. Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı.
Выбор основного перевода