Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür. Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır. Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb. İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır. İndi isə sən gilabı ilə yuyunsan, çoxlu sabun əritsən də, yenə günahın önümdə ləkə kimi qalacaq” Xudavənd Rəbb belə bəyan edir. Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən. Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq. Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
Выбор основного перевода