Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иеремия
Параллельные места
Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. Rəbb deyir: «Ey Yeremya, Mən səni qoydum ki, Xalqımı yoxlayıb imtahan edəsən, Onlara nəzər qoyub əməllərini sınayasan. Səni bu xalq üçün Möhkəm tunc bir divar edəcəyəm. Sənə qarşı döyüşəcəklər, Ancaq qalib gələ bilməyəcəklər. Çünki Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim» Rəbb belə bəyan edir. Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm. Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə».
Выбор основного перевода