Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иеремия
Параллельные места
Rəbb əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət, Rəbdən üz döndərib pislik etdiyinizə görə tezliklə sizə ziyan vurub həlak edəcək. Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim alovlanacaq və sönməyəcək”. Ölkələri bütlərlə doludur, Əlləri ilə düzəltdikləri, Barmaqları ilə işlədikləri Bütlərin qarşısında səcdə qılırlar. Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm». Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz. Çünki xalqların adətləri boş şeydir. Meşədə ağac kəsirlər, Usta əli kəski ilə onu düzəldir. Sonra qızıl-gümüşlə bəzəyirlər, Çəkiclə, mıxla bərkidirlər ki, Yerindən tərpənməsin. Bütləri xiyar bostanındakı müqəvva kimi Danışa bilmir. Onları daşımaq lazımdır, Çünki gedə bilmirlər. Onlardan qorxmayın, Çünki nə pislik edə bilərlər, Nə də yaxşılıq». Ya Rəbb, İsrailin Ümidgahı, Səni tərk edənlərin hamısı utanacaq. Rəbb deyir: «Məndən üz döndərənlərin adı Toz-torpağa yazılacaq, Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər». Çünki onlar Məndən üz döndərdi, buranı yad bir ölkəyə çevirdi. Orada özlərinin, atalarının və Yəhuda padşahlarının tanımadıqları başqa allahlara buxur yandırdılar və bu yeri günahsız qanla doldurdular. Başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olmayın, əl işiniz olan bütlərlə Məni qəzəbləndirməyin ki, Mən də sizə pislik etməyim”. Rəbb bəyan edir: “Ancaq siz Mənə qulaq asmadınız, əl işiniz olan bütlərlə Məni qəzəbləndirib özünüzə ziyan vurdunuz”. O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular.
Выбор основного перевода