Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5
Параллельные места
Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər? Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar. Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir. Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar. Həqiqətən, onlar fitnəkarlıq etməzlər, Rəbbin yolunda gəzərlər. Sən qayda-qanunlarını qoydun, Bunlara bağlı qalmağı buyurdun. Düşünmədən danışanın dili qılınc kimi yaralar, Hikmətlinin dili isə insanları sağaldar. Hikmətlinin dili biliyi mədh edər, Axmaqların dilindən səfehlik tökülər.
Выбор основного перевода