Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10
Параллельные места
Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin. Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb, torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm. İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin. Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar. Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq. Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun. Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”». onları yox edəndə ehtiyatlı olun ki, onların felinə düşməyəsiniz. “Bu millətlər allahlarına necə sitayiş edirdilərsə, biz də elə edək” deyərək onların allahlarına müraciət etməyin. Allahınız Rəbbə bu cür pərəstiş etməyin. Onlar öz allahları üçün Rəbbin nifrət etdiyi iyrənc işləri görürlər. Belə ki oğullarını, qızlarını odda yandıraraq allahlarına qurban verirlər. Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər. İsrail övladları nəsli bütün yadellilərdən ayrılaraq durub öz günahlarını və atalarının şər işlərini etiraf etdi.
Выбор основного перевода