Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. Zabitlər isə orduya belə desinlər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar. Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar. Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”. Zabitlərin orduya müraciətinin davamı belə olsun: “Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin”. Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar. Onun etibar etdiyi şeylər qırılar, Bel bağladığı sanki hörümçək toru olar. Evinə söykənərkən evi uçar, Evindən tutarkən dağılar. Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar, Pöhrələri bağçanın hər tərəfinə yayılar. Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar. Amma yerindən qoparılarkən Yer inkar edərək deyər: “Səni görməmişəm”. Bax belə sevincinə son qoyular, Onun yerində başqa bitkilər bitər. Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur. Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir. Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib. Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir. Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür. Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan. Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?
Выбор основного перевода