Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Pislər nə üçün yaşayır? Yaşlandıqca niyə gücləri artır? Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın. Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin. Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun. Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün. Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın. Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun. Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin. Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin! Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır. Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir. Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir. Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır. Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən? İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”». təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq. gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq.
Выбор основного перевода