Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar. O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi. Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır. Səni yenidən ayağa qaldıracağam, Sən də ayağa qalxacaqsan, Ey bakirə qıza bənzəyən İsrail! Sən yenə dəflərinlə bəzənib Şadlıq edənlərlə birgə rəqsə qoşulacaqsan. Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız, Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız” deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
Выбор основного перевода