Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi. Oyan, ey şimal küləyi, Dur gəl, ey cənub küləyi, Gəlin mənim bağçamda əsin, Qoy o, ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin. Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için! Qız: Mən qoz bağına endim, Yaşıllaşan vadini görmək istədim. Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi? Bunu seyr edim.
Выбор основного перевода