Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Ancaq Süleyman öz sarayını ətrafdakı bütün evlərlə birlikdə on üç ilə tikib qurtardı. Onun tikdiyi «Livan meşəsi» adlı sarayın uzunluğu yüz, eni əlli, hündürlüyü isə otuz qulac idi. O, dörd cərgə sidr sütunlardan və sütunlar üzərində olan sidr dirəklərdən ibarət idi. Sütunlar üzərindəki qırx beş dirəyin üstündə sidrdən olan dam salınmışdı və hər cərgədə on beş dirək var idi. Pəncərə çərçivələri üç cərgə idi və onların içində qarşı-qarşıya üç cərgə pəncərə var idi. Bütün girişlər və onların çərçivələri dördguşəli idi. Girişlər qarşı-qarşıya olmaqla üç cərgə idi. Süleyman uzunluğu əlli, eni otuz qulac olan sütunlu bir eyvan tikdi. Qabağında artırma və sütunlar, onların qabağında isə eşik düzəltdi. O həmçinin hökm verəcəyi taxt eyvanını, yəni məhkəmə otağını tikdi və onu döşəmədən tavana qədər sidr ağacı ilə örtdü. Onun yaşadığı ev eyvanın arxasında, o biri həyətdə idi və eyni quruluşda tikilmişdi. Süleyman arvad aldığı firon qızı üçün də bu eyvan kimi bir ev tikdirdi. Bütün bunlar iç və bayır tərəfdən, bünövrədən dama və bayır tərəfdən böyük həyətə qədər ölçüyə görə yonulmuş, daş mişarı ilə kəsilmiş dəyərli daşlardan düzəldilmişdi. Bünövrə böyük və dəyərli daşlardan – on qulaclıq və səkkiz qulaclıq daşlardan qoyulmuşdu. Onların üstündə ölçüyə görə yonulmuş dəyərli daşlar və sidr dirəklər var idi. Rəbbin məbədinin içəri həyəti və məbədin eyvanı kimi böyük həyət də üç cərgə yonulmuş daş və bir cərgə sidr dirəklərlə əhatə olunmuşdu. üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi; Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar. Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi, O bu bağı kirayəyə verirdi. Məhsula görə hər kirayə alan Ona min parça gümüş gətirməli idi.
Выбор основного перевода