Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir. O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”». Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur. Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm, üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım. Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım. Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım. Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır.
Выбор основного перевода