Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi. Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi. İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm. O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır». Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim. Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim. Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız. Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm. Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər. Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar. Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm. Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir-duası ilə gələcəyəm.
Выбор основного перевода