Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bundan sonra Paul Afinadan çıxıb Korinfə getdi. Onlar Efesə çatanda Priskila ilə Akiladan ayrılaraq sinaqoqa girdi və Yəhudilərlə mübahisə etməyə başladı. Ondan xahiş edəndə ki burada daha bir müddət qalsın, buna razı olmadı. Amma onlarla vidalaşanda belə dedi: «Allah qoysa, yenə yanınıza gələcəyəm». Sonra Efesdən yelkən açıb getdi. Qeysəriyyəyə çatandan sonra Yerusəlimə gedərək imanlılar cəmiyyətinə baş çəkdi və sonra oradan Antakyaya keçdi. Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi. Bu ərəfədə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi, Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir. Apollo kimdir, Paul kimdir? Rəbb hər birimizə təyin etdiyi kimi yalnız iman etməyinizə vasitəçi olan xidmətçiyik. Mən əkdim, Apollo suladı, amma Allah böyütdü.
Выбор основного перевода