Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar. Oğru tutulanda necə utanırsa, İsrail nəsli də padşahları, başçıları, kahinləri Və peyğəmbərləri ilə birgə eləcə utanırlar. Biz xəcalətimiz içində yatırıq, Rüsvayçılıq bizim yorğanımızdır, Çünki cavanlığımızdan indiyədək Biz və atalarımız Allahımız Rəbbə qarşı günah etdik, Allahımız Rəbbin sözünə qulaq asmadıq”». Biz günah və təqsir etdik, pislik edib Sənə qarşı üsyankar olduq. Sənin əmrlərindən və hökmlərindən üz döndərdik. Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına Sənin adınla söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq.
Выбор основного перевода