Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Efrayim sərxoşlarının şəhəri, qürur tacı Ayaq altında tapdalanacaq. Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı. Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü. Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı. O məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub.
Выбор основного перевода