Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi. Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi. Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi. O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin. Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.
Выбор основного перевода