Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin: “Vaşti bir daha padşah Axaşveroşun önünə çıxmasın”. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin. Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin». Sonra gəlib padşaha öz qadağan əmri barədə dedilər: «Ey padşah, otuz gün ərzində kim səndən başqa bir allaha yaxud insana dua edərsə, şirlər olan quyuya atılsın deyə qadağan əmri imzalamadınmı?» Padşah cavab verdi: «Bu qərar dəyişilməz olan Midiya və Fars qanunlarına əsasən qətidir». Ancaq o adamlar birlikdə padşahın yanına gəlib ona dedi: «Ey padşah, bunu bil ki, Midiya və Fars qanunlarına görə padşahın təsdiq etdiyi qadağan əmri və fərman dəyişilməz».
Выбор основного перевода