Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək, Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək, Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı. O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. Onun əlamətləri necə də böyükdür, Onun möcüzələri necə də qüdrətlidir! Onun padşahlığı əbədi padşahlıqdır, Onun hökmranlığı nəsildən-nəslə qalacaq». Söz padşahın ağzından çıxmamışdı ki, göylərdən səs gəldi: «Ey padşah Navuxodonosor, sənə deyilir ki, padşahlığın əlindən alındı. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək».
Выбор основного перевода