Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı. Xaldeyli müdriklər padşaha cavab verdi: «Yer üzündə padşahın tələbini yerinə yetirə bilən adam yoxdur. Ən əzəmətli və qüdrətli padşah da bir sehrbazdan, ruhçağırandan yaxud Xaldeyli müdrikdən belə bir şey istəməyib. Daniel padşahın önündə cavab verdi: «Padşahın soruşduğu sirri müdriklər, ruhçağıranlar, sehrbazlar və əlamət baxıcıları ona aça bilməz. Mən Navuxodonosor öz evimdə – sarayımda rahat və naz-nemət içində yaşayırdım. Ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və heyvanlarla birgə yerin otu ilə qidalansın.
Выбор основного перевода