Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Hər yaratdığının canı Onun əlindədir, Bütün insanların nəfəsi Onun əlindədir. Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır? Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil. Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu. «O günlərin sonunda mən Navuxodonosor üzümü göylərə tutdum və ağlım başıma qayıtdı. Allah-Taalaya həmd etdim, Əbədi Yaşayanı mədh edib izzətləndirdim. Onun hökmranlığı əbədidir, Padşahlığı nəsildən-nəslə qalır. Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki? Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur. O anda Rəbbin bir mələyi Hirodu vurdu. Çünki izzəti Allaha vermədi. Onu daxildən qurdlar yedi və canı çıxdı. Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər.
Выбор основного перевода