Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Çünki Önündə üsyankarlığımız böyükdür, Günahlarımız bizə qarşı şəhadət edir. Üsyankarlığımız bizi dövrəyə alıb, Şər əməllərimizdən xəbərdarıq. Üsyankar olub Rəbbi rədd etdik, Allahımızın ardınca getmədik, Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq, Yalan kəlmələri ürəyimizdə gizlətdik, Sonra aşkara çıxartdıq. Biz günah və təqsir etdik, pislik edib Sənə qarşı üsyankar olduq. Sənin əmrlərindən və hökmlərindən üz döndərdik. Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına Sənin adınla söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq. Ey Xudavənd, Səndə ədalət var, bizdə isə bugünkü kimi üz qaralığı! Bu, Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara və Sənə qarşı etdikləri xainlikdən ötrü sürgün etdiyin bütün ölkələrdə, yaxında və uzaqda olan İsraillilərin hamısına aiddir. Ya Rəbb, bizim padşahlarımızın, başçılarımızın və atalarımızın üzü qaradır, çünki Sənə qarşı günah etmişik.
Выбор основного перевода