Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın. Yeddinci gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini su ilə yusun, sonra pak sayılsın. Levililər özlərini pak edib geyimlərini yudular. Harun onları Rəbbin önünə gətirib yellədilən təqdim olaraq həsr etdi və onlar üçün kəffarə etdi ki, pak olsunlar. Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır. Murdar adam üçün yanmış günah qurbanı külündən götürüb onun üzərinə axar su tökün. Pak bir adam züfa otunu götürüb, o suya batırsın və çadırın, bütün qabların və orada olanların üzərinə çiləsin. Sümüyə, öldürülən adama, meyitə yaxud da qəbirə toxunan adamın üzərinə də çiləsin. Pak adam murdar adamın üzərinə üçüncü gün və yeddinci gün çiləsin və yeddinci gün bu pak olacaq. O, geyimlərini yusun, su ilə yuyunsun və axşam pak sayılsın.
Выбор основного перевода