«Budur, hər İsrail qadınının doğduğu ilk oğlan uşağının əvəzinə İsraillilər arasından Levililəri seçmişəm. Levililər Mənimdir.
«Levililəri İsrail övladlarının ilk doğulanlarının əvəzinə və Levililərin heyvanlarını onların heyvanları əvəzinə ayır. Levililər Mənim olacaq; Rəbb Mənəm».
İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz.