Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbə qurban gətirən adam taxıl təqdimi kimi dörddə bir hin zeytun yağı ilə yoğrulmuş efanın onda biri qədər narın un gətirsin. Yandırma qurbanı yaxud digər növlü qurban üçün hər bir quzuya tökülən içmə təqdimi olaraq dörddə bir hin şərab hazırlayın. Qoç üçün taxıl təqdimi kimi hinin üçdə biri qədər zeytun yağı ilə yoğrulmuş efanın onda iki hissəsi qədər narın un və içmə təqdimi kimi hinin üçdə biri qədər şərab hazırlayın. Bunları Rəbbin xoşuna gələn ətir olaraq təqdim edin. Rəbbə yandırma qurbanı, əhd qurbanı və yaxud ünsiyyət qurbanı kimi bir buğa kəsərkən buğa ilə birlikdə taxıl təqdimi kimi yarım hin zeytun yağı ilə yoğrulmuş efanın onda üçü qədər narın un gətirin. İçmə təqdimi kimi yarım hin şərab təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. Hər buğa, qoç, quzu və yaxud keçi belə hazırlansın. Nə qədər heyvan kəssəniz, hər biri ilə birlikdə eyni təqdimi gətirin.
Выбор основного перевода