Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm». Davud Yonatana dedi: «Sabah Təzə Ay mərasimidir və mütləq padşahla yeməyə oturmalıyam. Lakin sən mənə birisi gün axşama qədər izin ver, gedib çöldə gizlənim. Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. Mənə artıq batil təqdimlər gətirməyin, Buxur Məndə ikrah yaradır. Pisliklə dolu Təzə Ay mərasimlərinizə, Şənbə günlərinizə, Müqəddəs toplantılarınıza Dözə bilmirəm! Təzə Ay mərasimlərinizə, Bayram günlərinizə Ürəkdən nifrət edirəm. Bunlar Mənə yük oldu, Onları daşımaqdan yoruldum. İsraildə keçirilən bütün bayramlarda – şənliklərdə, Təzə Ay mərasimlərində və Şənbə günlərində yandırma qurbanları, taxıl və içmə təqdimlərini təmin etmək rəhbərin işi olacaq. Günah qurbanını, taxıl təqdimini, yandırma qurbanını və ünsiyyət qurbanlarını rəhbər təmin edəcək ki, İsrail nəsli üçün kəffarə versin”. Təzə Ay mərasimi günü qüsursuz bir buğa, altı quzu və bir qoç qurban gətirsin. Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin.
Выбор основного перевода