Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan, ancaq atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan». Yusif dedi: «Dediyin kimi edərəm». Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının başına söykənib Allaha səcdə etdi. Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar. «Sənin burada nə işin var? Kim icazə verib ki, Burada – yüksəkdə özün üçün məzar qazasan, Qayanın içində özünə sərdabə düzəldəsən? Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi.
Выбор основного перевода