Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm. Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm». Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm. Rəbb nərdivanın üstündə durub deyirdi: «Mən baban İbrahimin və İshaqın Allahı Rəbbəm. Üstündə yatdığın torpağı sənə və nəslinə verəcəyəm. İbrahimə və İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm». İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq. Get, İsrail ağsaqqallarını topla və onlara belə söylə: “Atalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Rəbb mənə görünərək bunları dedi: ‹Siz və Misirdə başınıza gətirilənlərin hamısı nəzərimdədir. Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›”. Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi.
Выбор основного перевода