Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ona görə hüzurunda dəhşətə gəlirəm, Bunları düşünəndə Ondan vahimələnirəm. Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm. Müqəddəs məbədinə tərəf səcdə edirəm, Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan. Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən. Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, Çünki ağzından çıxan kəlamları eşidiblər. Rəbbin yollarını tərənnüm edəcəklər, Çünki Rəbbin ehtişamı böyükdür. Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, Amma lovğaları uzaqdan tanıyar. Sıxıntı içində gəzsəm də, Mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan, Məni sağ əlinlə qurtarırsan. Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə! Rəbb bəyan edir: «Mən yalnız yaxında olan Allah deyiləm, Həm də uzaqda olan Allaham. Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən onu görə bilməyim?» Rəbb belə bəyan edir. «Yeri, göyü Mən doldurmamışammı?» Rəbb belə bəyan edir.
Выбор основного перевода