Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Kənana lənət olsun, Öz qardaşlarının qullarına qul olsun». Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək». Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək. Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar. Onları oyandırmağa kim cürət edər? Sizə xeyir-dua verən xeyir-dualı olsun, Sizə lənət oxuyan qoy lənətli olsun!”» «Moavlıların rişxəndlərini, Ammonluların təhqirlərini eşitdim. Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki, Xalqımın sərhədlərini keçəcəklər.
Выбор основного перевода