Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz. Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla, İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır. Ey Gilboa dağları, Üstünə şeh, yağış düşməsin, Qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı. Rəbb xalqına belə cavab verəcək: «Budur, sizə taxıl, Təzə şərab və zeytun yağı göndərəcəyəm, Bunlarla doyacaqsınız, Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm. «Çünki əkilən toxum bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm.
Выбор основного перевода