Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra dua etdi: «Ya Rəbb, ağam İbrahimin Allahı, yalvarıram, bu gün işimi avand elə və ağam İbrahimə xeyirxahlıq göstər. Mən bu bulağın yanında dururam; şəhər sakinlərinin qızları su çəkmək üçün buraya gəlirlər. Qoy elə olsun ki, mənim “xahiş edirəm, səhəngini endir, su içim” deyəcəyim və mənə “özün də iç və dəvələrinə də verim” söyləyəcək qız qulun İshaq üçün təyin etdiyin arvad olsun; bundan bilərəm ki, ağama xeyirxahlıq edirsən». Nökər onlara dedi: «İndi ki Rəbb mənə yol açdı, məni gecikdirməyin, buraxın ağamın yanına gedim».
Выбор основного перевода