Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra dedi: «Ağam İbrahimin Allahı Rəbbə alqış olsun ki, xeyirxahlığını və sədaqətini ağamdan əsirgəmədi: Rəbb məni birbaş ağamın qardaşının evinə gətirdi». Mən də bu gün bulağın yanına gəlib dua etdim: “Ey ağam İbrahimin Allahı Rəbb, yalvarıram, getdiyim yolu aç. Sonra əyilib Rəbbə səcdə etdim. Ağamın qardaşı qızını oğluna almaq üçün məni birbaş buraya gətirən ağam İbrahimin Allahı Rəbbə şükür etdim. O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». İshaq oğluna dedi: «Necə oldu ki, belə tez ov tapdın, oğlum?» O dedi: «Sənin Allahın Rəbb mənə uğur verdi». Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.
Выбор основного перевода