Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır». Qasidlərinin vasitəsilə Rəbbi təhqir edib dedin: ‹Çoxlu döyüş arabalarımla Dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, Gözəl sərv ağaclarını kəsdim, Ən son məskəninə, Yaşıl meşələrinə girdim. O gün Rəbb Livyatana, qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilana Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək, Dənizdəki əjdahanı öldürəcək. Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar. Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz. Adı Ordular Rəbbi olan Padşah bəyan edir: “Varlığıma and olsun ki, Tavor və dəniz sahilindəki Karmel dağları Dağlar arasında necə nəzərə çarparsa, Gələn şəxs də elə olacaq. Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur.
Выбор основного перевода