Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan. Qaranlığın dərin sirlərini açar, Ölüm kölgəsini aydınlığa çıxarar. Ülkər ulduzlarını bağlaya bilərsənmi? Orionun bağlarını aça bilərsənmi? Rəbb bütün miskinlər üçün Haqq və ədalət edir. Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib. Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər! Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm. Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir. Xudavənd Rəbb bəyan edir: “Həmin gün günorta günəşi batıracağam, Yer üzündə gündüzü qaraldacağam. Otaqlarını göylərdə tikən, Qübbəsini yer üzündə quran, Dəniz sularını götürüb yer üzünə tökən Odur – Onun adı Rəbdir.
Выбор основного перевода