Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb: “Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi? Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını, Tanrınız Refanın ulduz bütünü gəzdirdiniz. Elə buna görə də sizi Babilin o tayına sürgünə aparacağam”. Allah olmayan cinlərə, Tanımadıqları allahlara, Atalarının qorxmadıqları, Son zamanlar yeni yaranan allahlara Qurban kəsdilər. Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›. Çünki hökmlərimi rədd etdilər, qaydalarıma görə rəftar etmədilər və Şənbə günlərimə məhəl qoymadılar. Ona görə ki onların ürəkləri bütlərinə tərəf meyl edirdi. Çünki onlar hökmlərimə əməl etmədi, qaydalarımı rədd etdi, Şənbə günlərimə məhəl qoymadı və gözləri atalarının bütlərinə dikildi.
Выбор основного перевода