Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2
Параллельные места
İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam. Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm. Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin. Sonra xalq keçmiş günləri – Rəbbin qulu Musanın dövrünü yada saldı. Onları sürüsünün çobanları ilə birgə Dənizdən keçirən haradadır? Onların daxilinə Müqəddəs Ruhunu ehsan edən, Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki, Elə bil naxır otu bol olan dərədə otarılır. Bəli, Sən adını şərəfləndirmək naminə Xalqına belə yol göstərdin. O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi. Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin». «İndi isə Yerusəlimə və Yəhuda nəslinə yenə yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın!
Выбор основного перевода