Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2
Параллельные места
Çünki Ammonlularla Moavlılar Seir dağının sakinlərini qırıb tamam yox etmək üçün onlara qarşı qalxdı və Seir sakinlərini qırandan sonra bir-birlərini məhv etməyə başladı. Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək. O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. «Gün gələcək» Rəbb bəyan edir, «Atlarınızı qıracağam, Döyüş arabalarınızı yox edəcəyəm. O mənə cavab verdi: «Zerubbabilə Rəbbin sözü budur: “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən” Deyir Ordular Rəbbi. O gün Rəbb onları böyük təlaşa düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.
Выбор основного перевода