Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu. Axazya padşah olduğu vaxt qırx iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası Omrinin nəvəsi olub adı Atalya idi. Axazya da Axav nəslinin yolları ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi. O da Axav nəsli kimi Rəbbin gözündə pis olan işlər etdi. Çünki atasının ölümündən sonra məhvi üçün bu adamlar onun məsləhətçiləri oldu. Onların məsləhəti ilə Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün İsrail padşahı Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladı. Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən aldığı yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o yaralı idi. Axav oğlu Yehoramın padşahlığının on birinci ilində Axazya Yəhuda üzərində padşah olmuşdu.
Выбор основного перевода