Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdilər. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı. Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar. Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu.
Выбор основного перевода