Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ona görə də Rəbb Süleymana dedi: «Bu niyyətdə olduğuna görə, sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm. Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm. Bütün İsraillilər Yarovamın qayıtdığını eşidəndə onu toplantıya çağırtdırdılar və bütün İsrail üzərində onu padşah etdilər. Yəhuda qəbiləsindən başqa Davud sülaləsinin arxasınca gedən olmadı. Padşah məsləhətləşib iki qızıl dana düzəltdi və xalqa dedi: «Sizə daha Yerusəlimə getmək lazım deyil. Ey İsraillilər, sizi Misir torpağından çıxaran allahlarınız bunlardır». O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu. Bu iş günah oldu. Xalq onlardan birinə səcdə etmək üçün Dana qədər gedirdi. Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi.
Выбор основного перевода