Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məbədin arxa tərəfində döşəmədən tavana qədər sidr taxtalarla örtülmüş uzunluğu iyirmi qulac olan bir bölmə ayırıb orada Ən Müqəddəs yer üçün bir iç otaq hazırladı. Məbədin içərisindəki iç otağı isə o, Rəbbin Əhd sandığını qoymaq üçün hazırladı. İç otağın uzunluğu iyirmi, eni iyirmi və hündürlüyü iyirmi qulac idi. Oranı və sidr ağacından olan qurbangahın üstünü xalis qızılla örtdü. Süleyman məbədi içəridən xalis qızılla örtdü, iç otağın önündən qızıl zəncirlər keçirdi və onu qızılla örtdü. İç otağın girişi üçün zeytun ağacından qapılar düzəltdi. Onların çərçivəsi beşguşəli idi. Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin ətrafındakı yan otaqlardan hər birinin eni dörd qulac idi. Bu yan otaqlar üç mərtəbə idi, hər mərtəbədə otuz otaq var idi. Məbədin divarları boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki, dayaqlar məbəd divarlarına girməsin.
Выбор основного перевода