Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahın məbədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi. Məbədin önündəki eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızılla örtdü. Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı. Görüntüdə Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın cənubunda şəhərə bənzər tikililər var idi. Allah məni oraya apardı. Mən orada görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir kətan ip və ölçmək üçün bir qamış var idi. O, darvazada durmuşdu. O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir». Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca bir ovuc uzunluq əlavə edilmişdi. O adam divarı ölçdü: qalınlığı bir qamış, hündürlüyü bir qamış idi.
Выбор основного перевода