Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ona görə kənizin belə düşündü. Rica edirəm, ağam padşah, sözünlə mənə təskinlik ver, çünki yaxşını-pisi başa düşməkdə Allahın mələyi necədirsə, ağam padşah da elədir. Qoy Allahın Rəbb sənə yar olsun!» Ya Rəbb, Sənə pənah gətirirəm, Heç vaxt məni xəcalətdə qoyma. Məni ədalətinlə qurtar, xilas et, Qulağını mənə sarı döndər, məni azad et. Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən, Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan, Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan. Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır. O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur. O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir. Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan. Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Выбор основного перевода