Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rexavam Yerusəlimə gəldi. O, İsrail evi ilə müharibə edib öz padşahlığını qaytarmaq üçün bütün Yəhuda evini və Binyamin qəbiləsini – yüz səksən min seçmə döyüşçünü topladı. Ancaq Allah adamı Şemayaya Allahın bu sözü nazil oldu: «Yəhuda padşahı Süleyman oğlu Rexavama, bütün Yəhuda və Binyamin evinə, qalan xalqa söylə ki, Rəbb belə deyir: “Getməyin və öz soydaşlarınız olan İsrail övladları ilə müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Rəbbin sözünə görə geri qayıtdılar. Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.
Выбор основного перевода