Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onların qurbangahlarını dağıdın, daş sütunlarını sındırın, ilahə Aşera bütlərini kəsin. Qurbangahlarını dağıdıb daş sütunları sındırın, ilahə Aşera bütlərini odda yandırıb allah saydıqları oyma bütləri baltalayın və adlarını o yerlərdən silin. Allahınız Rəbbə bu cür pərəstiş etməyin. Allahınız Rəbb üçün quracağınız qurbangahın yanına ilahə Aşeranın surətində heç bir ağac sütunu qoymayın. Rəbb qəzəb, hirs və böyük hiddətlə onları ölkələrindən qopardı. Bu gün olduğu kimi onları başqa bir torpağa atdı”. Allahınız Rəbbin sizə vəd etdiyi bütün nemətli şeylər necə yerinə yetdisə, verdiyi bu yaxşı torpaq üzərindən sizi həlak edənə qədər bütün pis şeyləri də Rəbb beləcə sizin başınıza gətirəcək. Əgər Allahınız Rəbbin sizə buyurduğu əhdi pozsanız, gedib başqa allahlara qulluq etsəniz, onlara səcdə qılsanız, Rəbbin qəzəbi sizə qarşı alovlanacaq və sizə verdiyi nemətli torpaq üzərindən tezliklə yox olacaqsınız». İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi. Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.
Выбор основного перевода